`Guya onlayn medianı məhdudlaşdırırıq` - Əflatun Amaşov


20:33     16 May 2016 eflatun.jpg

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Məlumat azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, layihəsinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, media ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var:

Ə. Amaşov deyib ki, media qanunvericiliyinə “bloq”, “bloqger” kimi anlayışları daxil etmək, izahlarını dəqiq vermək lazımdır: “Bu anlayışlar Azərbaycan media qanunvericiliyində yoxdur. Yeri gəlmişkən, biz onlayn media ilə bağlı təkliflərlə çıxış edən zaman cəmiyyətdə müəyyən qüvvələr və ayrı-ayrı beynəlxalq təşkilatlar iddia edir ki, guya Azərbaycanda onlayn medianı məhdudlaşdırmaq istəyirik”.

Ə. Amaşov jurnalistika və media birbaşa insan hüquqları ilə bağlı olduğu üçün media qanunvericiliyi məsələlərinin məhz İnsan Hüquqları komitəsində müzakirə olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Açar sözlər:

Oxunub: 1395